...

XİN: Ermənistan status-kvonun dəyişdirilməsinə mane olduğunu etiraf edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 İyul 2016 19:03 (UTC +04:00)
Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin qəbuledilməz hesab etdiyi mövcud status-kvonun dəyişdirilməsinə mane olduğunu etiraf edir
XİN: Ermənistan status-kvonun dəyişdirilməsinə mane olduğunu etiraf edir

Bakı. Trend:

Ermənistan rəhbərliyi beynəlxalq ictimaiyyətin qəbuledilməz hesab etdiyi mövcud status-kvonun dəyişdirilməsinə mane olduğunu etiraf edir.

.Bunu Trend-ə Ermənistan prezidentinin açıqlamasını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev qeyd edib ki, Ermənistan rəhbərliyi bu açıqlaması ilə beynəlxalq ictimaiyyətin qəbuledilməz və dayanıqsız hesab etdiyi mövcud status-kvonun dəyişdirilməsinə məhz Ermənistanın mane olduğunu etiraf edir: "Ermənistan rəhbərliyi davamlı şəkildə hərbi işğal faktını münaqişənin həlli prosesində gündəmə gətirməklə, beynəlxalq ictimaiyyətin, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində regiona davamlı sülh gətirmək naminə olan çağırışlarına və səylərinə qarşı çıxış edir".

Onun sözlərinə görə, Ermənistanın təxribatı və təhriki ilə başlamış məlum aprel hadisələri bir daha nümayiş etdirdi ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalına əsaslanan status-kvonun davam etdirilməsi bütün region üçün ciddi təhlükə mənbəyi olmaqda davam edir: "Status-kvonun dəyişdirilməsi üçün BMT Təhlükəsilik Şurasının məlum qətnamələrinə uyğun olaraq, hər hansı qeyd-şərt qoymadan Ermənistan qoşunlarının dərhal və tam şəkildə bütün Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti