...

XİN: Ermənistan danışıqlarda irəliləyişin qarşısını almağa çalışır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyul 2016 17:22 (UTC +04:00)
Ermənistan son iki ildə yürütdüyü siyasətlə münaqişənin nizamlanması üzrə danışıqlarda irəliləyişin olmamasına çalışır.
XİN: Ermənistan danışıqlarda irəliləyişin qarşısını almağa çalışır

Bakı. Samir Əli - Trend:

Ermənistan son iki ildə yürütdüyü siyasətlə münaqişənin nizamlanması üzrə danışıqlarda irəliləyişin olmamasına çalışır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Milli Diplomatiya Günü” münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Ermənistan münaqişənin həllində hər hansı irəliləyişləri əngəlləyərək siyasi təxribatlara yol verir.

H.Hacıyev bildirib ki, Ermənistan apardığı siyasətlə danışıqlar prosesində irəliləyişin qarşısını almağa çalışır: "Məsələn, Ermənistan ötən müddət ərzində Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlər keçirib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti