...

Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü tez təşkil etməyə çalışacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 İyul 2016 17:51 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünü mümkün qədər tez təşkil etməyə çalışacaqlar.
Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü tez təşkil etməyə çalışacaq

Bakı. Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünü mümkün qədər tez təşkil etməyə çalışacaqlar.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu amerikalı həmsədr Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixi müəyyənləşməsə də, ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi prezidentlər arasında növbəti görüşü mümkün qədər tez təşkil etməyə çalışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti