...

MN: Erməni mətbuatının Azərbaycan Ordusunun atəşkəs rejimini pozması barədə yaydığı məlumatlar yalandır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 İyul 2016 11:41 (UTC +04:00)
Ermənistan hakimiyyəti hazırda ölkədə baş verən iğtişaşlardan əhalisinin və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə cəbhə xəttində Azərbaycan silahlı bölmələrinin guya atəşkəs rejimini pozaraq mülki əhaliyə atəş açması barədə növbəti dəfə həqiqətə uyğun olmayan məlumat yayıb.
MN: Erməni mətbuatının Azərbaycan Ordusunun atəşkəs rejimini pozması barədə yaydığı məlumatlar yalandır

Bakı. Trend:

Ermənistan hakimiyyəti hazırda ölkədə baş verən iğtişaşlardan əhalisinin və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə cəbhə xəttində Azərbaycan silahlı bölmələrinin guya atəşkəs rejimini pozaraq mülki əhaliyə atəş açması barədə növbəti dəfə həqiqətə uyğun olmayan məlumat yayıb.

Trend-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycan Silahlı Qüvvələri atəşkəs rejiminə tam riayət edir, beynəlxalq hüququn prinsiplərinə və humanitar normalara uyğun olaraq heç bir halda mülki əhali və obyektləri hədəf seçmir.

Bu kimi məlumatların yayılmasında Ermənistan hakimiyyətinin məqsədi hazırkı durumda cəbhəboyu zonada vəziyyəti gərginləşdirmək və planlaşdırdıqları təxribatlara qabaqcadan haqq qazandırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti