...

Həmsədrlər Qarabağ münaqişəsi tərəflərindən atəşkəsə əməl edilməsini gözləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2016 13:57 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərindən atəşkəs rejiminə ciddi riayət edilməsini gözləyir.
Həmsədrlər Qarabağ münaqişəsi tərəflərindən atəşkəsə əməl edilməsini gözləyir

Bakı. Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi tərəflərindən atəşkəs rejiminə ciddi riayət edilməsini gözləyir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O bildirib: "Biz tərəflərdən atəşkəs rejiminə ciddi riayət edilməsini gözləyirik. Güc tətbiqinə istənilən qayıdış vasitəçilər və həmsədr ölkələr tərəfindən ciddi şəkildə pisləniləcək".

C.Uorlik qeyd edib ki, vasitəçilər tərəfləri Vyana və Sankt-Peterburq görüşlərindəki razılaşmaları həyata keçirməyə çağırıblar:

"Həmin görüşlər ATƏT-in monitorinq qrupunun genişləndirilməsini, qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizmlərinin yaradılması barədə təkliflərin razılaşdırılmasını, münaqişənin hərtərəfli nizamlanmasına gətirib çıxara biləcək danışıqların davam etdirilməsini ehtiva edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti