...

Goranboy rayonunda partlamamış top mərmisi tapılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Avqust 2016 18:23 (UTC +04:00)
Avqustun 28-də Goranboy rayonunda partlamamış top mərmisi tapılıb
Goranboy rayonunda partlamamış top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Avqustun 28-də Goranboy rayonunda partlamamış top mərmisi tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Trend-ə verilən məlumata görə, rayonun Buzluq kəndində bir otlaq sahəsində partlayış yerinə baxış keçirilib və 1 ədəd 100 mm-lik partlamamış top mərmisi (PS-34, qəlpəli-partlayış dalğalı) aşkar edilərək götürülüb. Ümumilikdə, 5 min kvadratmetr ərazi yoxlanılıb.

Agentlik tərəfindən aprelin 7-dən avqustun 28-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3474 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti