...

XİN-in "qara siyahı"sında olanların 30 faizdən çoxu media nümayəndələridir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Sentyabr 2016 14:43 (UTC +04:00)
Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının böyük bir qismi media nümayəndələrinin payına düşür.
XİN-in "qara siyahı"sında olanların 30 faizdən çoxu media nümayəndələridir

Bakı. Trend:

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının böyük bir qismi media nümayəndələrinin payına düşür.

Trend xəbər verir ki, Dailykarabakh-ın araşdırmasına görə, Xarici İşlər Nazirliyinin (XİN) “qara siyahı"sına 50 ölkədən 529 nəfər daxildir. Onların 160-dan çoxu media nümayəndələridir.

Əvvəlki kimi, yenə də siyahıya Minsk qrupunun həmsədr ölkəsi olan Rusiya başçılıq edir. Belə ki, Rusiyadan 130-dan artıq şəxs XİN-in "qara siyahı"sındadır. Siyahıda növbəti yerləri ABŞ, Almaniya, İtaliya, Fransa və digər ölkələr tutur.

Son 11 ayda "qara siyahı"da olanların sayı daha 30 nəfər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti