...

Möhsün Pakayin: İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Sentyabr 2016 16:02 (UTC +04:00)
İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Möhsün Pakayin: İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

Bakı. Elçin Mehdiyev – Trend:

İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı səlahiyyət müddəti başa çatan səfiri Möhsün Pakayin bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib: “Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyimiz aydındır. Biz həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. Rəsmi coğrafi sərhədlərin dəyişməsinin əleyhinəyik. Biz Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini istəyirik və bu yolda əlimizdən gələn köməyi etməyə hazırıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti