...

Elmar Məmmədyarov: Minsk qrupunun həmsədrləri oktyabrda regiona səfər edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 Sentyabr 2016 14:20 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabr ayında regiona səfər edəcək.
Elmar Məmmədyarov: Minsk qrupunun həmsədrləri oktyabrda regiona səfər edəcək

Bakı. Elçin Mehdiyev - Trend:

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabr ayında regiona səfər edəcək. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.

Nazir deyib ki, həmsədrlərlə Nyu-Yorkda görüşüb: “Həmsədrlər hesab edirlər ki, işimizi davam etdirməliyik. Təklif etdilər ki, gələn ay regiona gəlsinlər. Həmsədrlər oktyabrda regiona səfər edəcəklər. Çox güman ki, səfər oktyabrın 2-ci yarısı olacaq. Hazırda səfərin tarixi dəqiqləşdirilir”.

E.Məmmədyarov deyib ki, həmsədrlər həm Azərbaycan, həm də Ermənistana gedəcəklər: “Ola bilsin ki, ondan sonra prezidentlərin görüşü və ya görüşlə bağlı hansı təklifləri irəli sürəcəkləri müəyyənləşəcək”.

XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrovla da bu məsələni müzakirə etdiyini bildirib: “Prezidentlərin Sankt-Peterburq görüşündə də qeyd olundu ki, bir də görüşmək lazımdır ki, məsələni irəli aparaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti