...

Herbert Zalber: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi aktivləşib (ÖZƏL)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Oktyabr 2016 10:51 (UTC +04:00)
Вокруг процесса урегулирования нагорно-карабахского конфликта наблюдается дипломатическая активность.
Herbert Zalber: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi aktivləşib (ÖZƏL)

Bakı. Anaxanım Hidayətova - Trend:

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ətrafında diplomatik fəallıq hiss olunur. Bunu Trend-ə eksklüziv müsahibəsində Bakıda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalber deyib.

Diplomat Azərbaycana səfərini müsbət qiymətləndirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyi ilə dünən keçirilən görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət müzakirə olunub:

“Bu səfər zamanı mən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın ərazilərə səfər etmək və həmin ərazilərdə məcburi köçkünlərlə görüşmək istəyərdim. Əvvəlki səfərlərim zamanı mən Bakıda və şəhər ətrafında yaşayan məcburi köçkünlərlə görüşmüşəm”.

Xüsusi nümayəndə bildirib ki, xüsusi sıçrayış olmasa da, Rusiya bu vəziyyətdə daha aktivdir: "Biz görürük ki, dialoq davam edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti