Bakı. Trend:
Fransanın xarici işlər naziri Jan-Mark Eyro bu gün erməni həmkarı Edvard Nalbandyanla bir sıra ikitərəfli münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edəcək.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Fransa Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Romen Nadal deyib.
O qeyd edib ki, J.Eyro bu gün Ermənistandan olan həmkarını qəbul edəcək: "Bu görüş ikitərəfli əməkdaşlıq haqqında sazişlərin imzalanmasına təkan verə bilər".
XİN rəsmisinin sözlərinə görə, iki nazir danışıqlar vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllini tapmaq üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərini müzakirə edəcəklər.