...

Vahe Avetyan: "Buraya gəlib Xocalı soyqırımı qurbanlarının ruhunu yad etmək istədim"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Noyabr 2016 12:53 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması üçün vacib nöqtə məhz humanizmdir.
Vahe Avetyan: "Buraya gəlib Xocalı soyqırımı qurbanlarının ruhunu yad etmək istədim"

Bakı. Anaxanım Hidayətova - Trend:

"Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunması üçün vacib nöqtə məhz humanizmdir".

Trend-in məlumatına görə, bu sözləri “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda bu gün Bakıda keçirilən konfransda erməni hüquq müdafiəçisi Vahe Avetyan deyib.

V.Avetyan deyib: “Azərbaycan məni yaxşı qəbul etdi. Məndə ən gözəl təəssüratlar yaranıb. Buraya bir həftə əvvəl gəlmişəm və bu səfəri “fərdi Həcc ziyarətim” adlandırmışam. Buraya təkcə siyasətçi kimi yox, həm də yazıçı və şəxsiyyət kimi gəlmişəm. Mən buraya gəlib Xocalı soyqırımının qurbanlarının, günahsız insanların ruhunu yad etmək istədim”.

O qeyd edib ki, münaqişə vasitəçilər olmadan xalqlar arasında həll olunmalıdır.

V.Avetyan qeyd edib: “Arzu edirəm ki, iki xalq sülh içərisində yaşasın. Bizim talelərimiz bağlıdır. Biz ictimai təşkilatlar olaraq, hökumətlərə münaqişənin həllində kömək edə bilərik. Vəziyyət o yerə çatıb ki, biz yardım üçün üçüncü tərəfləri çağırmalı olmuşuq. Artıq 27 ildir ki, münaqişədəyik, artıq məsələni həll etmək vaxtıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti