...

Vahe Avetyan: Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək səviyyəli muxtariyyət verilməsi münaqişədən çıxış yoludur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Noyabr 2016 16:09 (UTC +04:00)
Erməni hüquq müdafiəçisi Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək səviyyəli muxtariyyət verilməsində görür.
Vahe Avetyan: Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək səviyyəli muxtariyyət verilməsi münaqişədən çıxış yoludur

Bakı. Elmira Tariverdiyeva - Trend:

Erməni hüquq müdafiəçisi münaqişənin həlli yolunu Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək səviyyəli muxtariyyət verilməsində görür.

Bu barədə Trend-ə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” mövzusunda bu gün Bakıda keçirilən konfransda iştirak edən Vahe Avetyan deyib.

V.Avetyanın sözlərinə görə, Bakıya səfəri şəxsi təşəbbüsüdür.

Hüquq müdafiəçisi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində öz fəaliyyətinin effektivliyinə inandığını deyib: “Mən nəticədən əmin olmasam, bu səfərə vaxtımı sərf etməzdim. Mən missiyamın uğuruna inanıram”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti