...

XİN rəsmisi: Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı substantiv danışıqlara mane olur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Noyabr 2016 18:57 (UTC +04:00)
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı substantiv danışıqlara mane olur.
XİN rəsmisi: Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı substantiv danışıqlara mane olur

Bakı. Trend:

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı substantiv danışıqlara mane olur.

Trend-in məlumatına görə, bu sözləri "Pravda" qəzetinə müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib: "Dağlıq Qarabağ və ətraf yeddi rayonda davam edən silahlı münaqişə ölkə ərazisinin 20 faizinin işğal olunmasına və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olub. Bütün bu illər ərzində Ermənistan insan hüquqlarını və beynəlxalq hüquq normalarını pozmaqla ciddi cinayətlər törədib”.

Onun sözlərinə görə, danışıqlar prosesi davam etsə də, Ermənistan sadəcə danışıqları təqlid edir: "Biz substantiv danışıqların tərəfdarıyıq, xüsusilə də Sankt-Peterburqda prezidentlərin görüşündən sonra. Substantiv danışıqlar status-kvonun dəyişdirilməsi deməkdir. Münaqişənin nizamlanmasında ilk addım erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır".

H.Hacıyev deyib ki, mövcud olan beynəlxalq hüquq norma və prinsiplərinə bütün dövlətlər əməl etməli, Ermənistan da istisna olmamalıdır: "Təəssüf ki, Ermənistan bu prinsiplərə əhəmiyyət verməməkdə davam edir və bununla da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətini davam etdirir".

XİN rəsmisi həmçinin qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda azərbaycanlı və erməni icmalarının dinc və təhlükəsiz şəkildə birgəyaşayışı üçün heç bir problem yoxdur: "Məhz buna görə, erməni və azərbaycanlıların birgəyaşayışının mümkün olmaması barədə irqçi bəyanatlar qətiyyətlə inkar olunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti