...

Yalçın Topçu: Rusiya Ermənistana dəstəyini dayandırsa, çox şey qazanar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Noyabr 2016 16:15 (UTC +04:00)
"Rusiya Ermənistana dəstəyini dayandırsa, daha çox şey qazanar".
Yalçın Topçu: Rusiya Ermənistana dəstəyini dayandırsa, çox şey qazanar

Bakı. Orxan Quluzadə - Trend:

"Rusiya Ermənistana dəstəyini dayandırsa və Dağlıq Qarabağ probleminin nizamlanmasına Azərbaycanın haqlı mövqeyindən yanaşsa, daha çox şey qazanar".

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu jurnalistlərə deyib.

O qeyd edib ki, əgər Rusiya azərbaycanlı məcburi köçkünlərin, o cümlədən uşaqların Qarabağda öz evlərinə qayıtmasına kömək etsə, 1,7 milyardlıq türk-islam dünyasının nəzərində mövqeyi yüksələr: "İnanıram ki, Rusiya da bu düşüncədədir".

Baş müşavirin sözlərinə görə, Türkiyə yaxın zamanlarda azərbaycanlı məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmaları üçün lazımi addımların atılacağına, Ermənistanın haqsız işğalına son qoyulacağına inanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti