...

The National Interest: "İsgəndər"lər Ermənistanın nüvə silahı yaratmasına səbəb ola bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2016 12:00 (UTC +04:00)
Rusiyanın Ermənistanda yerləşdirdiyi “İsgəndər” raketləri nüvə silahıdır. Bu fakt onu düşünməyə əsas verir ki, Ermənistan nüvə silahının yaradılması imkanlarını artıra bilər.
The National Interest: "İsgəndər"lər Ermənistanın nüvə silahı yaratmasına səbəb ola bilər

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiyanın Ermənistanda yerləşdirdiyi “İsgəndər” raketləri nüvə silahıdır. Bu fakt onu düşünməyə əsas verir ki, Ermənistan nüvə silahının yaradılması imkanlarını artıra bilər. Trend-in məlumatına görə, bu fikirlər Corctaun universitetinin münaqişələrin nizamlanması üzrə magistri Sebastyen Roblinin ABŞ-ın nüfuzlu “The National Interest” jurnalında dərc olunan məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, “İsgəndər” raket kompleksləri nüvə başlığı daşıya bilər: "Və məhz bu fakt nə qədər absurd səslənsə də, 3 milyon əhalisi olan ölkənin nüvə silahını yaratmaq imkanını ortaya çıxarır".

Məqalə müəllifi Ermənistanda Metsamor AES-in fəaliyyət göstərdiyini və burada nüvə sahəsində ixtisaslaşmış insanların çalışdığını da qeyd edir: "Düşünmək olar ki, Ermənistan radioaktiv “çirkli bombalar yarada və onları “İsgəndər”lər vasitəsilə istifadə edə bilər. Bu isə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaxşı heç nə vəd etmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti