...

Tarixi İhlarada Qarabağ parkı açılacaq (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Noyabr 2016 15:29 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva İhlara bələdiyyə sədri İsmail Yılmaz ilə görüşüblər.
Tarixi İhlarada Qarabağ parkı açılacaq (FOTO)

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva və tibb elmləri üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva İhlara bələdiyyə sədri İsmail Yılmaz ilə görüşüblər.

Trend-in məlumataına görə, Q.Paşayevanın qədim İhlaranın mərkəzində Qarabağ Parkının salınması ilə bağlı təklifinə böyük həssaslıqla yanaşan bələdiyyə sədri yaxın zamanlarda qədim Qarabağın adını daşıyacaq parkın salınacağını bildirib. Bu önəmli addım üçün bələdiyyə sədrinə təşəkkür edən Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub

İ.Yılmaz bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib.

Görüşdən sonra bələdiyyə sədri millət vəkili Q.Paşayevanı və tibb elmləri üzrə fəlsəfə doktoru Y.Abdiyevanı İhlarada salınmağa başlayan yeni parkla tanış edib. Parka Q.Paşayevanın təklifi ilə Qarabağ adı verilməsi qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti