...

Nazir: Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2016 12:56 (UTC +04:00)
Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və ölkə parlamenti bu mövqeyi bir daha təsdiq edib
Nazir: Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir

Bakı. Səba Ağayeva - Trend

Bosniya və Herseqovina Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və ölkə parlamenti bu mövqeyi bir daha təsdiq edib.

Trend-in məlumatına görə, bu sözləri Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak deyib.

Onun sözlərinə görə, Bosniya və Herseqovina Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır:

“Ölkəmiz Azərbaycan investisiyaları üçün açıqdır və biz yaxın zamanlarda iki ölkənin iş adamlarının biznes forumunu təşkil etmək niyyətindəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti