...

Elmar Məmmədyarov: Ermənistan Dağlıq Qarabağ üzrə danışıqlardan yayınır (YENİLƏNİB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2016 13:30 (UTC +04:00)
Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan yayınır.
Elmar Məmmədyarov: Ermənistan Dağlıq Qarabağ üzrə danışıqlardan yayınır (YENİLƏNİB)

İlk xəbər saat 13:04-də yayımlanıb

Bakı. Səba Ağayeva - Trend:

Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlardan yayınır.

Trend-in məlumatına görə, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bakıda Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ilə keçirilən görüşdən sonra məbuat nümayəndələri üçün təşkil edilmiş brifinqdə deyib.

E.Məmmədyarov əlavə edib ki, rəsmi Yerevan Fransa tərəfinin Hamburqda "3+2" formatında görüş keçirilməsi təklifinə hələ də cavab verməyib:

"Bu isə o deməkdir ki, Ermənistan danışıqlardan yayınır, sülh prosesinə dəstək vermir".

Ermənistan tərəfinin Dağlıq Qarabağın ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsi barədə bəyanatına münasibət bildirən Azərbaycan XİN rəhbəri bildirib ki, bu cür bəyanat danışıqlar prosesinə mənfi təsir göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti