...

Ərdoğan: Dağlıq Qarabağda olduğu kimi Suriya və İraqda da zorakılığa qarşıyıq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 Dekabr 2016 16:54 (UTC +04:00)
Türkiyə Dağlıq Qarabağda, Əfqanıstanda, Kiprdə və Balkan ölkələrində olduğu kimi Suriya və İraqda da zorakılığa qarşıdır
Ərdoğan: Dağlıq Qarabağda olduğu kimi Suriya və İraqda da zorakılığa qarşıyıq

Ankara. Orxan Quluzadə, Atilla Caner - Trend:

Türkiyə Dağlıq Qarabağda, Əfqanıstanda, Kiprdə və Balkan ölkələrində olduğu kimi Suriya və İraqda da zorakılığa qarşıdır.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, heç kim Türkiyəyə regiondakı hadisələrə müdaxilə etməməli olduğunu demək hüququna sahib deyil: “Hələbdə bombardman zamanı həlak olan uşaqlar üçün göz yaşı tökən hər bir ana və ata bizim bacı və qardaşlarımızdır. Mosulda, Təl-Afarda və digər şəhərlərdə terror təşkilatlarından zərər çəkən insanlar bizim ailəmizin üzvləridir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti