...

"Stratfor": Ermənistan Rusiyanın loyallığına şübhə ilə yanaşır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Dekabr 2016 11:51 (UTC +04:00)
Dağlıq Qarabağda aprel ayında baş vermiş eskalasiyadan sonra Ermənistanda Rusiyanın Yerevana qarşı loyallığı barədə şübhələr yaranıb.
"Stratfor": Ermənistan Rusiyanın loyallığına şübhə ilə yanaşır

Bakı. Elmira Tariverdiyeva - Trend:

Dağlıq Qarabağda aprel ayında baş vermiş eskalasiyadan sonra Ermənistanda Rusiyanın Yerevana qarşı loyallığı barədə şübhələr yaranıb. Trend-in məlumatına görə, bu barədə Amerikanın nüfuzlu "Stratfor" təhlil mərkəzinin məqaləsində deyilir.

Məqalədə qeyd olunub ki, əgər Moskva ABŞ-ın yeni administrasiyası və Avropanın yeni liderləri ilə daha az problem yaşayarsa, bu münaqişədə “baş hakim” rolunu daha da möhkəmləndirə bilər.

Bundan başqa məqalədə qeyd olunur ki, Rusiya son zamanlar silah alınması və hərbi kadrların hazırlanması sahəsində Moskva ilə münasibətləri möhkəmləndirən Özbəkistan və Azərbaycan kimi dövlətlərlə hərbi əməkdaşlığın gücləndirilməsinə yönəlmiş danışıqlar həyata keçirib.

Xəbər lenti

Xəbər lenti