...

Aİ Dağlıq Qarabağla bağlı uzunmüddətli sülhün əldə olunacağına ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2016 14:10 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) əldə olunan razılaşmalardan sonra Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin irəliləməsinə ümid edir.
Aİ Dağlıq Qarabağla bağlı uzunmüddətli sülhün əldə olunacağına ümid edir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Avropa İttifaqı (Aİ) əldə olunan razılaşmalardan sonra Dağlıq Qarabağla bağlı danışıqlar prosesinin irəliləməsinə ümid edir.

Trend-in məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib.

Onun sözlərinə görə, tərəflər regionda uzunmüddətli sülhün bərqərar olması üçün çalışmalıdır.

F.Mogerini qeyd edib ki, Aİ Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburqda keçirilən görüşlərindən sonra Dağlıq Qarabağla bağlı danışıqlarda irəliləmə gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti