...

Əli Əhmədov: Minsk qrupu fəaliyyətində ciddi dönüş yaratmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Dekabr 2016 12:10 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun neçə illik fəaliyyətinin heç bir qaneedici nəticəsi yoxdur. Belə olan halda hər hansı bir kardinal addımların atılmasına ehtiyac yaranır.
Əli Əhmədov: Minsk qrupu fəaliyyətində ciddi dönüş yaratmalıdır

Bakı. Elçin Mehdiyev, Hüseyn Vəliyev - Trend:

“ATƏT-in Minsk qrupunun neçə illik fəaliyyətinin heç bir qaneedici nəticəsi yoxdur. Belə olan halda hər hansı bir kardinal addımların atılmasına ehtiyac yaranır”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibi-Sədr müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.

Ə.Əhmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılması təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün təhlükəlidir: “Mən hesab edirəm ki, Minsk qrupu özünün fəaliyyətində ciddi dönüş yaratmalıdır, ya da yeni bir nəfəs gəlməlidir”.

Baş nazirin müavininin sözlərinə görə, Azərbaycan dəfələrlə öz mövqeyini bildirib ki, əgər Minsk qrupu öz fəalityyətini dəyişdirməsə, münaqişənin həllinə nail olmasa, istər-istəməz sual yaranacaq ki, bundan sonra da torpaqlarımızın işğal altında qalmasına ehtiyac varmı və Minsk qrupunun tərkibinin dəyişilməz saxlanılması nə dərəcədə məntiqə uyğundur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti