...

Natali Qule: İran prezidentinin Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vacib rol oynaya bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Dekabr 2016 13:23 (UTC +04:00)
İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində vacib rol oynaya bilər
Natali Qule: İran prezidentinin Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vacib rol oynaya bilər

Bakı. Elmira Tariverdiyeva - Trend:

İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində vacib rol oynaya bilər. Bu sözləri Trend-ə Fransa Senatının xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib.

Onun fikrincə, həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlər yaratmış İran Dağlıq Qarabağ məsələsində ədalətli həll yolunun tapılmasında yardım edə bilər.

O qeyd edib ki, ərazisində 40 milyon azərbaycanlının və çoxsaylı erməni icmasının yaşadığı İran bu məsələdə mərkəzi rol oynaya bilər.

N.Qule deyib ki, İran Dağlıq Qarabağ məsələsinin ədalətli həllini şərt olaraq təklif edərək Ermənistanın dağılan iqtisadiyyatına kömək edə bilər.

O deyib:

“Mən əminəm ki, İran bu məsələdə ATƏT-in Minsk qrupundan daha az effektiv olmayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti