...

ATƏT sədri və Rusiya XİN rəhbəri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Yanvar 2017 16:50 (UTC +04:00)
ATƏT-in hazırkı sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts və Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada görüşəcək
ATƏT sədri və Rusiya XİN rəhbəri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. Trend:

ATƏT-in hazırki sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts və Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada görüşəcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Məlumatda bildirilib ki, nazirlər görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər.

Görüş ATƏT sədrinin yanvarın 17-18-də Moskvaya səfəri çərçivəsində baş tutacaq.

Sebastyan Kurts rusiyalı həmkarı ilə eləcə də Avstriyanın builki sədrliyi, qurum daxilində əməkdaşlıq məsələləri və digər məsələlər barədə danışıqlar aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti