...

Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə davam edir (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Yanvar 2017 11:07 (UTC +04:00)
Hərbi qulluqçularımız arasında itki yoxdur.
Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirməkdə davam edir (FOTO)

Bakı. Trend:

Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub.

Hərbi qulluqçularımız arasında itki yoxdur.

Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti