...

Rusiya XİN: İşğal olunmuş torpaqların azad edilməsi tələbi hər zaman danışıqlar masasında olub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Yanvar 2017 12:34 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi, o cümlədən atəşkəslə bağlı bir neçə həll yolu var.
Rusiya XİN: İşğal olunmuş torpaqların azad edilməsi tələbi hər zaman danışıqlar masasında olub

Bakı. Elmira Tariverdiyeva - Trend:

Dağlıq Qarabağ münaqişəsi, o cümlədən atəşkəslə bağlı bir neçə həll yolu var.

Trend-in Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi məlumata görə, bunu xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, işğal olunmuş ərailərin azad edilməsi tələbi hər zaman danışıqlar masasında olub: "Amma bu tələb dinc xarakter daşıyır və Dağlıq Qarabağın statusunun müəyyən olunmasını nəzərdə tutur".

S.Lavrov qeyd edib ki, Rusiya 2016-cı ilin aprelində münaqişə tərəfləri arasında qarşıdurmanın qarşısının alınmasında həlledici rol oynadı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti