...

Avstriya Minsk qrupunun azərbaycanlı hərbçinin meyitinin qaytarılması ilə bağlı bəyanatını dəstəkləyir (ÖZƏL)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Yanvar 2017 18:32 (UTC +04:00)
Avstriyanın ATƏT-də sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşkilatın Minsk qrupunun həmsədrlərinin səylərini və Ermənistan tərəfindən azərbaycanlı hərbçinin meyitinin qaytarılması barədə bəyanatını dəstəkləyir.
Avstriya Minsk qrupunun azərbaycanlı hərbçinin meyitinin qaytarılması ilə bağlı bəyanatını dəstəkləyir (ÖZƏL)

Bakı. Anaxanım Hidayətova - Trend:

Avstriyanın ATƏT-də sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşkilatın Minsk qrupunun həmsədrlərinin səylərini və Ermənistan tərəfindən azərbaycanlı hərbçinin meyitinin qaytarılması barədə bəyanatını dəstəkləyir.

Bu barədə Trend-ə eksklüziv olaraq Avstriya Xarici İşlər Nazirliyindən (XİN) deyiblər.

Nazirlikdən bildiriblər ki, Avstriyanın ATƏT-də sədrliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin, eləcə də ATƏT sədrinin Cənubi Qafqazda xüsusi nümayəndəsi Günter Baxlerin simasında Minsk qrupu həmsədrlərinin işini fəal dəstəkləyir.

Nazirlikdən bildiriblər ki, neytrallıq ənənəsinə sadiq qalaraq, Avstriya tərəflərin görüşünü keçirməyə və ya keçirilməsinə kömək göstərməyə hazırdır.

Xatırladaq ki, bundan əvvəl ATƏT-in Minsk qrupunun Fransa, ABŞ və Rusiyadan olan həmsədrləri azərbaycanlı hərbçinin meyitinin dərhal qaytarılmalı olduğunu bəyan etmişdi.

Qeyd edək ki, ötən il dekabrın 29-da səhər saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Azərbaycanın beynəlxalq təşəkilatlara müraciətlərinə baxmayaraq, Ermənistan tərəfi Ç.Qurbanovun meyitini hələ də qaytarmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti