...

MKİ: Mixail Qorbaçovun yanlış siyasəti Dağlıq Qarabağ münaqişəsinin yaranmasına gətirib çıxardı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Yanvar 2017 21:57 (UTC +04:00)
SSRİ Baş katibi Mixail Qorbaçovun yanlış siyasəti Dağlıq Qarabağ münaqişəsinin yaranmasına gətirib çıxardı
MKİ: Mixail Qorbaçovun yanlış siyasəti Dağlıq Qarabağ münaqişəsinin yaranmasına gətirib çıxardı

Bakı. Elmira Tariverdiyeva - Trend:

SSRİ Baş katibi Mixail Qorbaçovun yanlış siyasəti Dağlıq Qarabağ münaqişəsinin yaranmasına gətirib çıxardı.

Trend-in məlumatına görə, bu ifadə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) ictimailəşdirilmiş sənədlərində yer alıb.

25 iyul 1988-cil tarixli sənəddə qeyd olunur ki, Qafqazda davam edən qarışıqlıqlar SSRİ ərazisində yaranmış milli gərginliklərin bariz nümunəsidir. MKİ-nin məlumatına görə, Moskva münaqişə tərəfləri üçün münasib ola biləcək uzunmüddətli plan tapmağa çalışırdı.

Sənəddə qeyd olunur: "Bu, Dağlıq Qarabağın Ermənistana verilməsini yox, Azərbaycanın tərkibində muxtariyyəti nəzərdə tutan inzibati sazişdir".

Sənəddə ifadə olunur ki, bu planın icrası zamanı Qorbaçovun ən böyük problemi həmin planların təsdiq olunmasına tələb olunan vaxt çatışmazlığı ola bilər.

Xəbər lenti

Xəbər lenti