...

NATO ATƏT-in azərbaycanlı hərbçinin meyitinin qaytarılması tələbi ilə bağlı bəyanatını dəstəkləyir (ÖZƏL)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Yanvar 2017 13:12 (UTC +04:00)
NATO Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində sülh yolu ilə həllini dəstəkləməkdə davam edir
NATO ATƏT-in azərbaycanlı hərbçinin meyitinin qaytarılması tələbi ilə bağlı bəyanatını dəstəkləyir (ÖZƏL)

Bakı. Anaxanım Hidayətova - Trend:

NATO Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində sülh yolu ilə həllini dəstəkləməkdə davam edir.

Bunu Trend-ə müsahibəsində NATO-nun rəsmi nümayəndəsi deyib.

Müsahibin sözlərinə görə, münaqişələrin dinc yolla həlli NATO-nun başlıca dəyəridir.

O qeyd edib ki, bu həm də “Sülh naminə tərəfdaşlıq” proqramının iştirakçılarının əsas məqsədlərindən biridir.

Nümayəndə deyib ki, NATO ATƏT-in azərbaycanlı hərbçinin meyitinin Ermənistan tərəfindən qaytarılması tələbi ilə bağlı bir neçə gün əvvəl verdiyi bəyanatını dəstəkləyir.

Qeyd edək ki, dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti