...

Beynəlxalq Qırmızı Xaç Komitəsi azərbaycanlı əsgərin meyitinin ən yaxın zamanda qaytarılmasına çalışacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Yanvar 2017 15:23 (UTC +04:00)
BQXK hadisənin inkişafını diqqətlə izləyir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi azərbaycanlı əsgərin meyitinin ən yaxın zamanda qaytarılmasına çalışacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın 29 dekabr 2016-cı il tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı göndərdiyi məktuba cavab verib.

Bunu Trend-ə Azərbaycanın Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, məktubda bildirilir ki, BQXK hadisənin inkişafını diqqətlə izləyir:

"Məktubda daha sonra qeyd edilib ki, ən yaxın zamanda bütün tərəflərin razılığı əsasında şəhid əsgərimizin meyitinin qaytarılması üçün çalışmaqda davam edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti