...

Kurts: ATƏT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarını davam etdirəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Yanvar 2017 15:00 (UTC +04:00)
ATƏT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarını davam etdirəcək və bu yolda səylərini azaltmayacaq.
Kurts: ATƏT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarını davam etdirəcək

Bakı. Trend:

ATƏT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışlarını davam etdirəcək və bu yolda səylərini azaltmayacaq.

Trend-in məlumatına görə, bunu Ermənistanın “Mediamax” agentliyinə müsahibəsində Avstriyanın xarici işlər naziri, ATƏT-in hazırkı sədri Sebastyan Kurts deyib.

Onun sözlərinə görə, Minsk qrupunun və həmsədrlərinin böyük səylərinə baxmayaraq, 2016-cı il bu məsələdə hərbi gərginliyin artması ilə müşayiət olunan geri addımlarla yadda qaldı.

Nazir bütün bunlara baxmayaraq, Avstriyanın ATƏT sədri olaraq sülh prosesinin möhkəmləndirilməsi ilə bağlı fəaliyyətini davam etdirəcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti