...

Ermənistana məxsus pilotsuz uçuş aparatı məhv edilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2017 14:59 (UTC +04:00)
Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.
Ermənistana məxsus pilotsuz uçuş aparatı məhv edilib (FOTO)

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 22-i gündüz saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti