...

Qoşunların qarşıdurma xəttində monitorinq keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2017 11:43 (UTC +04:00)
Qoşunların qarşıdurma xəttində monitorinq keçirilib.
Qoşunların qarşıdurma xəttində monitorinq keçirilib

Bakı. Trend:

Qoşunların qarşıdurma xəttində monitorinq keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 24-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Piter Şvedberq keçiriblər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Jiri Aberle və Gennadi Petrika keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti