...

Kipr XİN rəhbəri bu il Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlərin olacağına ümid edir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 Yanvar 2017 18:21 (UTC +04:00)
Kiprin xarici işlər naziri İoannis Kasulidis bu il Avropa Şurası ərazisindəki münaqişələrin həllində irəliləyişlərin olacağına ümid etdiyini deyib.
Kipr XİN rəhbəri bu il Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlərin olacağına ümid edir

Bakı. Anaxanın Hidayətova - Trend:

Kiprin xarici işlər naziri İoannis Kasulidis bu il Avropa Şurası ərazisindəki münaqişələrin həllində irəliləyişlərin olacağına ümid etdiyini deyib.

Trend-in məlumatına görə, İ.Kasulidis AŞPA-nın qış sessiyasında çıxış edərkən Dağlıq Qarabağ münaqişəsinin, Ukrayna, Moldova və Gürcüstandakı böhranların həllinə ümidvar olduğunu ifadə edib.

Qeyd edək ki, Kipr Avropa İttifaqının Nazirlər Komitəsində sədrliyi qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti