...

Amerikalı həmsədr: Münaqişə tərəflərinin səylərimizin fayda verməsinə inanmasınadək vasitəçiliyimizi davam etdirəcəyik

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2017 12:24 (UTC +04:00)
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsində nizamlanmanın əldə olunması üçün beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki Yekun Aktının prinsipləri əsasında danışıqların davam etdirilməsi üçün səylərini davam etdirəcək
Amerikalı həmsədr: Münaqişə tərəflərinin səylərimizin fayda verməsinə inanmasınadək vasitəçiliyimizi davam etdirəcəyik

Bakı. Elmira Tariverdiyeva - Trend:

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsində nizamlanmanın əldə olunması üçün beynəlxalq hüquq, BMT Nizamnaməsi və Helsinki Yekun Aktının prinsipləri əsasında danışıqların davam etdirilməsi üçün səylərini davam etdirəcək.

Trend-in məlumatına görə, bunu News.am saytının sualına cavab olaraq Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri yanvarın 9-u verilmiş bəyanata sadiq qalır.

“Biz münaqişə tərəflərinin səylərimizin fayda verməsinə inanmasınadək vasitəçilik fəaliyyətimizi davam etdirəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti