...

ATƏT PA-nın vitse-prezidenti: Minsk Qrupunun həmsədr ölkələri vətəndaş cəmiyyətinin səsinə diqqət yetirməlidirlər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Yanvar 2017 13:01 (UTC +04:00)
Cox sevindirici haldır ki, ilk dəfə olaraq, azərbaycanlılar və ermənilər uzun müddət davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün belə bir vətəndaş mövqeyi ortaya qoyaraq "Ermənistan-Azərbaycan sülh Platforması yaradıblar.
ATƏT PA-nın vitse-prezidenti: Minsk Qrupunun həmsədr ölkələri vətəndaş cəmiyyətinin səsinə diqqət yetirməlidirlər

Bakı. İlhamə İsabalayeva - Trend:

"Cox sevindirici haldır ki, ilk dəfə olaraq, azərbaycanlılar və ermənilər uzun müddət davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün belə bir vətəndaş mövqeyi ortaya qoyaraq "Ermənistan-Azərbaycan sülh Platforması yaradıblar. Hesab edirəm ki, Ermənistanın siyasi və hərbi hakimiyyəti buna qulaq asmalı, beynəlxalq təşkilatlar, xarici diplomatlar və ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri vətəndaş cəmiyyətinin səsinə diqqət yetirməli və bunu nəzərə almalıdıırlar".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib.

Onun sözlərinə görə, bu platforma həm də uzun müddət beynəlxalq təşkilatlar tərəfindən tələb olunan sülh yaratma missiyası üçün çox gözəl bir töhfədir.

A.Quliyev hesab edir ki, bu nümunəni Azərbaycan və Ermənistan düzgün qiymətləndirməli və bu şansı itirməməlidir:

"Ermənistan-Azərbaycan sülh Platforması" həm Ermənistan, həm də Azərbaycanın hüquq-müdafiə, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin təmsilçiləri tərəfindən irəli sürülən çox unikal bir platformadır. Münaqişənin yaranmasından indiyədək olan müddət ərzində ilk dəfədir ki, məhz Ermənistan-Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri belə bir sülh platformasının yaradılmasına qərar veriblər. Bu platforma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllini məqsəd kimi qarşıya qoyub".

A.Quliyev deyib ki, vətəndaş və xalq diplomatiyasından fərqli olaraq, bu platformada açıq, dəqiq prinsiplər müəyyənləşdirilir:

"Platforma problemin həlli ilə bağlı konkret mövqe ortaya qoyub. Bu mövqe ondan ibarətdir ki, ilk növbədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə qeyd-şərtsiz yerinə yetirilməli, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və 7 rayonu işğaldan azad olunmalı, məcburi köçkünlər həmin ərazilərə qaytarılmalıdır. İkinci mərhələdə Dağlıq Qarabağın hüquqi statusu müyyənləşdirilməlidir. Bu status Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində müəyyənləşdirilməlidir. Başqa sözlə desək, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar respublika statusu verilməlidir".

A.Quliyevin bildirdiyinə görə, üçüncü mühüm prinsip isə ondan ibarətdir ki, Dağlıq Qarabağda yaşayan azərbaycanlı və ermənilərin təhlükəsizliyinə tam şəkildə təminat verilməlidir. O hesab edir ki, bu prinsiplər bu gün sülh üçün yeganə psinsiplərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti