...

AŞ PA-da erməni işğalçılarının vəhşiliklərindən danışılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Yanvar 2017 17:19 (UTC +04:00)
Azərbaycan mədəniyyətinin beşiyi sayılan Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunması nəticəsində Azərbaycanın mədəni abidələri və məzarlıqlar dağıdılır.
AŞ PA-da erməni işğalçılarının vəhşiliklərindən danışılıb

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan mədəniyyətinin beşiyi sayılan Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunması nəticəsində Azərbaycanın mədəni abidələri və məzarlıqlar dağıdılır.

Trend-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclası zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, erməni işğalçılarının vandalizmi nəticəsində işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsi yox olmaq təhlükəsi qarşısındadır.

S.Fətəliyeva qeyd edib ki, ekstremizm və zorakılıqla mübarizədə qələbənin yeganə təminatı beynəlxalq dialoqdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti