...

XİN: Rusiya Azərbaycan və Ermənistan arasında sülhə yönəlmiş bütün ictimai təşəbbüsləri alqışlayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 3 Fevral 2017 13:17 (UTC +04:00)
Rusiya Azərbaycan və Ermənistan arasında sülhə yönəlmiş bütün ictimai təşəbbüsləri alqışlayır
XİN: Rusiya Azərbaycan və Ermənistan arasında sülhə yönəlmiş bütün ictimai təşəbbüsləri alqışlayır

Bakı. Elmira Tariverdiyeva - Trend:

Rusiya Azərbaycan və Ermənistan arasında sülhə yönəlmiş bütün ictimai təşəbbüsləri alqışlayır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova bildirib ki, biz Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində xalq diplomatiyasının rolunu yüksək qiymətləndiririk: "Əsas missiya ictimai dairələrdə münaqişənin sülh yolu ilə həllinin vacibliyinin anlaşılmasına nail olmaqdır”.

M.Zaxarova qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın və Azərbaycanın sabitliyinə və təhlükəsizliyinə birbaşa təhlükədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti