...

Rusiya və İran Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Fevral 2017 19:10 (UTC +04:00)
Ruhaninin Moskvaya səfəri zamanı Suriya böhranı ilə bağlı məsələ, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kimi məsələlər müzakirə ediləcək.
Rusiya və İran Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

Bakı. Trend:

İran prezidenti Həsən Ruhaninin martın sonlarında Moskvaya səfəri zamanı Suriya böhranı ilə bağlı məsələ, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kimi məsələlər müzakirə ediləcək. Trend-in məlumatına görə, bunu RİA Novosti agentliyinə müsahibəsində Rusiyanın İrandakı səfiri Levan Caqaryan deyib.

Səfir əlavə edib ki, eləcə də səfər zamanı Xəzər problematikası, Əfqanıstandakı vəziyyət, iki ölkə arasında siyasi, ticari-iqtisadi əməkdaşlıq məsələləri də müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti