...

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş şeir müsabiqəsi keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2017 11:52 (UTC +04:00)
Qalib şəxsə iyunda Azərbaycana 5 günlük turpaket hədiyyə ediləcək.
Türkiyədə Xocalı soyqırımına həsr olunmuş şeir müsabiqəsi keçiriləcək

Bakı. Fidan Həsənzadə - Trend:

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə Kocaeli Şairlər və Yazıçılar Birliyi Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş şeir müsabiqəsi elan edib.

Trend-in məlumatına görə, mövzusu Xocalı soyqırımı olacaq bu yarışmada qalib şəxsə iyunda Azərbaycana 5 günlük turpaket hədiyyə ediləcək.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi soyqırım zamanı 613 nəfər insanın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti