...

Xarici ölkələrin diplomatik nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıya səfər edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2017 09:59 (UTC +04:00)
Xarici ölkələrin diplomatik nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıya səfər edib.
Xarici ölkələrin diplomatik nümayəndələri və beynəlxalq təşkilatların rəhbərləri Cocuq Mərcanlıya səfər edib

Bakı. Trend:

Fevralın 15-də Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində diplomatlar ermənilər tərəfindən Cocuq Mərcanlı kəndində törədilmiş vəhşiliklərlə tanış olacaqlar.

Qeyd edək ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti