...

Elmar Məmmədyarov Münhendə Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Fevral 2017 12:29 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.
Elmar Məmmədyarov Münhendə Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Bakı. Səba Ağayeva - Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri E.Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı fevralın 17-19-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti