...

İndoneziyada Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2017 13:15 (UTC +04:00)
İndoneziyanın Parlamentinin Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Parlamentin Xarici Əlaqələr üzrə Birinci Komissiyası ilə birgə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş müzakirələr keçirib və bu soyqırımından bəhs edən “Sonsuz Dəhliz” sənədli filmini nümayiş etdiriblər.
İndoneziyada Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib  (FOTO)

Bakı. Trend:

İndoneziyanın Parlamentinin Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Parlamentin Xarici Əlaqələr üzrə Birinci Komissiyası ilə birgə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş müzakirələr keçirib və bu soyqırımından bəhs edən “Sonsuz Dəhliz” sənədli filmini nümayiş etdiriblər.

Azərbaycanın İndoneziyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, parlamentin üzvləri, bir neçə QHT-lərin və çoxsaylı yerli KİV nümayəndələri, eləcə də İndoneziyanın beş əsas universitetlərinin siyasi elmlər, hüquq və beynəlxalq əlaqələr fakültələrinin tələbələrinin iştirakı ilə keçən tədbirdə Azərbaycanın səfiri Tamerlan Qarayev və İndoneziya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri xanım Meutya Hafid çıxış etdilər və filmin nümayişindən sonra çoxsaylı suallara cavab verdilər.

Səfir Tamerlan Qarayev əsasən Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixindən və ermənilərin əsassız iddialarından bəhs etdi. Bu təcavüzün arxasında əslində tək ərazi iddiaları deyil, eyni zamanda müsəlmanlara qarşı nifrət və azərbaycanlılara qarşı qisqanclığın dayandığını izah etdi.

Meutya Hafid qeyd etdi ki, Ermənistan Azərbaycana qarşı hərbi təcavüzü əsnasında Dağlıq Qarabağ regionunda etnik təmizləmələr və soyqırımları həyata keçirmişdir. Bildirdi ki, İndoneziya Respublikası yalnız bu (Xocalı) soyqırımını deyil, bütün dünyada baş verən qırğınları və təcavüzləri hər zaman qınamışdır. Meutya Hafid vurğuladı: “Biz Ermənistandan tələb edirik ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnamələrinin tələblərini həyata keçirərək Azərbaycana qarşı təcavüzə son qoysun. BMT Təhlükəsizlik Şurasından isə tələbimiz budur ki, qəbul etdiyi qətnamələrin icrasına Ermənistanı vadar etsin. İcra olunmayan Qətnamələr adı bir kağız parçasıdır və faydasızdır”.

Tədbirin sonunda iştirakçılara səfirlik tərəfindən yerli dildə tərtib olunmuş “Xocalı soyqırımı” adlı sənədlər toplusundan ibarət kitablar paylanıldı.

Tədbir haqqında məlumat İndoneziya Respublikası Parlamentinin rəsmi internet səhifəsində, habelə bir sıra xəbər portallarında məlumat yerləşdirilmişdir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti