...

Necdet Ünüvar: Qanunsuz “referendumun” nəticələri Türkiyə tərəfindən tanınmayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2017 00:12 (UTC +04:00)
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “referendumla” bağlı bəyanat yayıb
Necdet Ünüvar: Qanunsuz “referendumun” nəticələri Türkiyə tərəfindən tanınmayacaq

Bakı. Trend:

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “referendumla” bağlı bəyanat yayıb.

Necdet Ünüvar qeyd edir ki, bu addım sülh danışıqlarına güclü zərbə vurur.

"Bu qanunsuz “referendumun” nəticələri Türkiyə tərəfindən tanınmayacaq", - deyə Ünüvar bildirib.

Türkiyə Xarici İşlər Nazirliyi də Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan “referendumu” pisləyən bəyanat yayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti