...

İsrailli ekspert: Xocalı soyqırımına görə Ermənistan hakimiyyəti məhkəmə qarşısına çıxmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2017 12:13 (UTC +04:00)
Elə coğrafi adlar var ki, onlar xəritədəki bir nöqtədən daha çox şey ifadə edir.
İsrailli ekspert: Xocalı soyqırımına görə Ermənistan hakimiyyəti məhkəmə qarşısına çıxmalıdır

Bakı. Anaxanım Hidayətova - Trend:

Elə coğrafi adlar var ki, onlar xəritədəki bir nöqtədən daha çox şey ifadə edir. Bu, zorakılıq və qeyri-insaniliyin rəmzinə çevrilmiş şəhər və kəndlərin adıdır – Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmi. 1990-cı illərin əvvəlində bu siyayıha daha bir şəhər – Xocalı əlavə olundu. Xocalı faciəsi bəşəriyyətə qarşı bir cinayətdir.

Bu sözləri Trend-ə İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut deyib.

Onun sözlərinə görə, erməni silahlı birləşmələrinin və muzdlu dəstələrinin Xocalıda heç kimə aman verməməsi tarixi faktdır.

A.Qut vurğulayıb ki, bir sıra şəxslər – Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Koçaryan və digər şəxslər bu hadisələrlə əlaqədar beynəlxalq məhkəmə qarşısında dayanmalıdırlar.

Ekspert həmçinin, Zori Balayanın etiraflarını xatırladıb. O bildirib ki, Z.Balayan 1996-cı ildə nəşr olunan “Ruhumuzun oyanışı” kitabında Xocalı soyqırımına bəraət qazandırmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti