...

Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2017 11:49 (UTC +04:00)
Dağlıq Qarabağa qayıdış Cocuq Mərcanlıdan başlayır.
Cocuq Mərcanlıda açıq səma altında muzey yaratmaq təklif olunur

Bakı. Elçin Mehdiyev - Trend:

Dağlıq Qarabağa qayıdış Cocuq Mərcanlıdan başlayır.

Trend-in məlumatına görə, bunu Azərbaycan millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla bu gün Qafqaz Müsəlmanları İdarəsində keçirilən “Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! “Xocalıya ədalət!” tədbirində deyib.

K.Abdulla bildirib ki, ümid edirəm ki, Cocuq Mərcanlıda erməni vandalizminin nümunəsi olaraq dağılmış evlərdən bir hissə açıq səma altında bir muzey kimi saxlanılacaq və bizi erməni vandalizmini daim yaddaşımızda saxlamağa çağıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti