Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan torpaqlarının 20%-ni işğal edən, ərazilərin boşaldılmasına dair qəbul edilən beynəlxalq sənədləri icra etməyən Ermənistana qarşı sanksiyaların tətbiq edilməməsi dünya siyasətində ikili standartların eybəcər nümunəsidir.
Bunu Trend-ə Milli Məclisin deputatı Musa Qasımlı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında söylədiyi fikirlər gerçəkliyi əks etdirir:
"Bu ikili standartlar məsələnin həlli ilə məşğul olan ölkələrə qətiyyən hörmət gətirmir. Onlar təcavüzkar və təcavüzə məruz qalan arasında fərqi görməlidirlər".