...

Bakı Şəhər İcra Hakimiyyəti Xocalı faciəsi ilə bağlı tədbir keçirib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2017 10:05 (UTC +04:00)
Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsi Şuşa Şəhər 1 nömrəli tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirib.
Bakı Şəhər İcra Hakimiyyəti Xocalı faciəsi ilə bağlı tədbir keçirib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsi Şuşa Şəhər 1 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə Xocalı faciəsində qətlə yetirilən günahsız insanlar 1 dəqiqəlik sukutla yad edilib. Müəllim və şagirdlərin iştirak ediyi tədbirdə millət vəkilləri Flora Qasımova, Mahir Abbaszadə Xocalı İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev Ombudsman aparatının məsul işçisi Rəsid Rumzadə və Şuşa çəhər 1 nömrəli tam orta məktəbin direktoru Elçin Dadaşov çıxış etdi. Çıxış edənlər Xocalı faciəsinin Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən biri olduğunu tədbir iştirakşılarının nəzərinə çatdırdı. Qeyd olundu ki, Xocalıda baş vermiş soyqırım və erməni siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında insanl vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.

Çıxış edənlər erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirib.

Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış Xocalı qətliamından bizi 25 il zaman məsafəsi ayırdığını bildirdi. Vurğuladı ki, bu faciədə şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə örnək göstərmək hər kəsin vətəndaşlıq borcudur.

Tədbirdə müğənni Arif Səlimov Şuşa Şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri Xocalı faciəsi ilə bağlı çıxış etdilər.

Sonda Xocalı faciəsinə həsr olunmuş ssenari müəllifi və rejissor Gültəkin Nərimanın «92-ci ilin qarı» adlı sənədli film nümayiş olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti