...

YAP Gənclər Birliyi Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2017 11:30 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Zirə Mədəniyyət Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib.
YAP Gənclər Birliyi Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib  (FOTO)

Bakı. Samir Əli - Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi (GB) Zirə Mədəniyyət Mərkəzində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib.

Trend-in məlumatına görə, Xocalı faciəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimi giriş sözü ilə açan YAP GB-nin sədri Seymur Orucov Xocalı soyqırımı barədə danışıb. Sonra Xosalı faciəsi haqqında çəkilmiş video-filmin təqdimatı olub.

Tədbirdə çıxış edən qonaqlar Xocalını Azərbaycan xalqının qan yaddaşı olduğunu deyiblər. Bildirilib ki, dövlət tərəfindən Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində kifayət qədər işlər görülüb.

Tədbirdə millət vəkilləri Rauf Əliyev, Aydın Hüseynov, Flora Qasımova və digərləri Xocalı faciəsi barədə danışıblar, faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə məlumat veriblər.

Sonda müğənni Bahar Lətifqızının ifasında ekranlaşdırılmış "Xocalı" müsiqili kompazisiyası təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti